Azərbaycanlıları qovmağı Ermənistandan kimlər tələb etmişdi? - Qərbi Azərbaycan Xronikası
"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi hərbi jurnalist, ehtiyatda olan polkovnik, Prezident təqaüdçüsü Şəmistan Nəzirli olub.
O, doğulub boya-başa çatdığı Loru nahiyyəsinin Yuxarı Körpülü kəndi barədə xatirələrini bölüşüb. Qeyd edib ki, 8-ci sinifi bitirənə qədər Yuxarı Körpülü kəndində keçirdiyi uşaqlıq, yeniyetməlik illərini, həmçinin Bakıda peşə təhsili aldıqdan sonra öz kəndində kino-mexanik işlədiyi dövrləri heç zaman unutmur, daim Qərbi Azərbaycana qayıtmaq arzusu ilə yaşayır.
Tədqiqatçı Yuxarı Körpülüdə yaşadığı dövrlərdə ermənilərin Azərbaycan türklərinə qarşı təzyiqlərindən, erməni vandalizminə dair yaşlı və orta nəsillərdən eşitdiyi hadisələrdən də söhbət açıb:
“Ermənilər məqsədli şəkildə Yuxarı Körpülüdəki məktəbi 8 illik etmişdilər ki, azərbaycanlı uşaqlar daha yaxşı bilik-savad sahibi ola bilməsinlər. Baba-nənələrimiz danışırdılar ki, Andranikin quldur dəstəsi kəndimizə hücum edib evlərimizi yandırıb, talançılıqla məşğul olub. Erməni quldurları o vaxt kənddə köməksiz vəziyyətdə qalan ahıl kişinin başını kəsiblər. El yaylağa köçəndə daşnaklar köçə hücum edib babamı ağır yaralayıb, öldürüblər. Biz bu faciələri əsla unutmarıq”.
#Deportasiya teqi istifadə olunub
- Əsrlər boyu Böyük Vedi adlanan kəndin adı və əhalisi necə dəyişib? - Baku TV
- Deportasiyaların təşkili üçün onların ölkəyə girişinə icazə verilib
- Rusiya azərbaycanlı diaspor rəhbərini deportasiya etdi: nə başlayır? - AKTUAL GÜNDƏM
- Qazaxıstanda qalmaqallı hadisə | Rus blogerin ifadələri qəzəb yaratdı - Baku TV
- Böyük Britaniya–Fransa deportasiya proqramı üzrə ciddi pozuntular üzə çıxıb
