Pleyeri seçin:

Böyük Britaniya–Fransa deportasiya proqramı üzrə ciddi pozuntular üzə çıxıb

10 fevral 2026 550 baxış

Böyük Britaniyadan Fransaya “bir daxil olan – bir çıxan” sxemi çərçivəsində deportasiya edilən miqrantlar kifayət qədər tərcüməçi, hüquqi məsləhət və sonrakı taleləri barədə məlumat almayıblar.

Bu barədə Britaniya həbsxanalar üzrə müfəttişliyinin dərc etdiyi hesabata istinadla yazır.

Məlumata görə, iyulda tətbiq olunmağa başlayan proqram üzrə noyabrda uçuşla göndərilən 20 nəfərə yalnız ərəb və fransız dillərini bilən tərcüməçi təklif edilib, halbuki deportasiya olunanların demək olar ki, heç biri bu dilləri bilməyib.

Hesabatda qeyd olunur ki, saxlanılanlar Fransaya aparıldıqlarını bilsələr də, orada onları nə gözlədiyi barədə məlumatlı olmayıblar və bu, bəzilərində narahatlığı artırıb. Deportasiya olunanlara hüquq firmalarının telefon nömrələri verilsə də, bir çoxu vəkillərin onların işini götürmək istəmədiyini bildirib.

Razılaşmaya əsasən, kiçik qayıqlarla Britaniyaya gələn şəxs saxlanılaraq Fransaya qaytarıla bilər, bunun müqabilində isə eyni sayda miqranta Fransadan Britaniyaya yeni qanuni marşrutla gəlməyə icazə verilir. Məqsəd miqrantları təhlükəli və qeyri-qanuni keçiddən çəkindirməkdir.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü hesabatla bağlı bildirib ki, saxlanılanların rifahı ən yüksək prioritetdir və saxlanma və köçürmə prosesləri ləyaqətə uyğun şəkildə həyata keçirilməlidir. Nazirlik əlavə edib ki, saxlanılanlara 26 dildə məlumat vərəqələri təqdim olunur.

Hüquq müdafiə təşkilatları isə bu sxemi özbaşına, lazımi hüquqi prosedurlardan məhrum və miqrantların rifahını nəzərə almayan mexanizm kimi qiymətləndirirlər.

Keçən il BMT-nin yeddi xüsusi məruzəçisi də daxil olmaqla bir qrup ekspert Britaniya və Fransa hökumətlərinə məktub göndərərək proqramın dayandırılmasına çağırmış və onun beynəlxalq insan hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxara biləcəyini bildirmişdi.

Britaniyanın daxili işlər naziri Şabana Mahmudun sözlərinə görə, bu sxem çərçivəsində indiyədək 305 nəfər ölkədən çıxarılıb, 367 nəfər isə Britaniyaya qəbul edilib. Fransa Daxili İşlər Nazirliyi məsələ ilə bağlı sorğuya dərhal cavab verməyib.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 550 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 550 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 550 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 550 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 550 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 550 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 550 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 550 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 550 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 550 baxış
Seçilmişlər
icon