Bakı-London uçuşları artırıldı | Britaniyalı səfir AZAL-ın videoçarxında
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı ilə London arasında uçuşlarının tezliyinin artırılmasına həsr olunmuş videoçarx hazırlanıb.
Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Videoda səfir Fergus Auld AZAL-ın uçuş heyətinin kapitanı obrazında çıxış edib.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi mən bu ilin mart ayından etibarən Bakı ilə London arasında AZAL-ın uçuşlarının sayının artmasını və həftədə 6 reysə çatdırılmasını məmnuniyyətlə qarşılayıram”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, yeni reyslər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üzrə geniş imkanlar yaradacaq.
#Böyük Britaniya teqi istifadə olunub
- Orta əsrlərə aid 800 illik qala satışa çıxarılıb, tikilinin ümumilikdə 56 otağı var
- Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcılarını yerləşdirəcək
- Kiyevin zərbə imkanlarını artırmaq üçün Britaniyadan yeni raket tədarükü gözlənilir
- Rusiya təxribatlar üçün cinayətkarlardan istifadə edir
- Britaniyada yüzlərlə insan meydanlara axışdı | Silah tədarükünə qarşı yürüş keçirildi - Baku TV
