“Bakı və İrəvan 40 illik münaqişədən sonra sülh danışıqları apardı” - BİZDƏN NƏ DANIŞIRLAR?
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Qətərin nüfuzlu “Əl-Cəzirə” telekanalında Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının gedişatına dair xəbər yayımlanıb.
Mənbə oxucularına xəbər edir ki, Ermənistan və Azərbaycan liderləri təxminən 40 il davam edən münaqişədən sonra Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar, lakin ümid edilən irəliləyiş elan edilməyib.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün Xankəndi şəhərində keçirilməsi İran mətbuatında da geniş işıqlandırılıb.
“Kayhan” qəzetində Azərbaycanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı həftəsinə dair xəbərdə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü xüsusilə vurğulanıb.
Bildirilib ki, İƏT çərçivəsində həyata keçirilən layihələr üzv dövlətlərin iqtisadi inkişafına təkan verir.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV
- Qazaxıstan Prezidentindən Azərbaycan və Ermənistanla bağlı açıqlama - Baku TV
- Azərbaycanla bu məsələni müzakirə etmişik | Paşinyanın müavini təsdiqlədi - Baku TV CANLI
- “Qələbə qazandıq, indi sülhü qazanmaq zamanıdır: 2026 yekun sülh ili olacaqmı?” | GLOBAL PANORAMA
- Ermənistanda separatçılara qarşı təcili əməliyyat keçirildi - Baku TV CANLI
