Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi - Baku TV
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.
Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib. Sonra rəsmi foto çəkdirilib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanın müharibə aparanlarla paylaşa biləcəyi daha bir təcrübə - Baku TV
- Neft və qaz qiymətlərinin yüksəlişi bir çox problemlər yaradır | Prezidentdən açıqlama - Baku TV
- Qlobal Bakı Forumu nüfuzlu beynəlxalq platformaya çevrilir - Baku TV
- İlham Əliyev hazırda dünyada baş verənlərə münasibət bildirdi - Baku TV
- Sülhə nail olmanın Azərbaycan təcrübəsi | "Biz bundan əziyyət çəkirdik..." - Baku TV
