Pleyeri seçin:

Bakıda iqlim dəyişikliyi ilə mübarizədə tarix yazıldı | COP29-un yekunu

04 dekabr 2024 389 baxış

Baku TV-də “COP-BAKU” layihəsi çərçivəsində COP29-un yekununa dair süjet yayımlanıb.

Bildirilib ki, beynəlxalq tədbirdə Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində tarixi çıxış edib. Azərbaycanın “yaşıl enerji” sahəsində reallaşdırdığı nəhəng layihələrdən danışan dövlət başçısı COP29-un Bakıda keçirilməsinə mane olan qüvvələrin fəaliyyətinə də diqqət çəkib.

BMT Baş katibi Antonio Quterreş isə iqlim dəyişikliyinin qarşısını almaq üçün vaxtın az olduğunu deyib və bunun üçün ayrılan maliyyənin həcmini artırmağa çağırış edib.

Qeyd olunub ki, Azərbaycanın təklifi əsasında gündəliyə salınan iqlim problemlərinin su hövzələrinə mənfi təsiri müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti tədbirində iştirak edib. Nitq söyləyən dövlət başçısı çıxışında kiçik ada dövlətlərinin hüquqları ilə bağlı bir sıra önəmli məqamlara diqqət çəkib.

Vurğulanıb ki, tədbir çərçivəsində ən maraqlı müzakirələrdən biri də futbolun iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəklə bağlı olub.

Avropa Klublar Assosiasiyalarının direktoru Çarli Marşal bildirib ki, bütün futbol klubları alyanslarına iqlim naminə səslənib və Bakıda bununla bağlı Bəyanat qəbul olunub:

“Biz üzvləri futbol klubları olan Assosiasiyanı təmsil edirik. Hər kəsin futbola bir sevgisi var. İnanırıq ki, bu sevgini yaxşı dəyişikliklər etmək üçün bir gücə çevirə biləcəyik. Bu səbəbdən COP tədbirindəyik”.

Bildirilib ki, COP-29-un son günündə iqlim maliyyəsinin müəyyən edilməsi ilə bağlı uzun və gərgin keçən müzakirələr axşam saatlarına qədər davam edib. Bağlanış sessiyasının birinci hissəsində sənədlərin bir qismi təsdiqlənsə də, yekun qərar üçün əlavə müzakirələr gecə saatlarına qədər çəkib.

COP29-un bağlanış plenar iclasında yeni iqlim hədəfi qəbul olunub. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək.

Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə razılığın əldə edilməsi də əldə olunan əsas nəticələrdən biri hesab edilir. Bu bəndin təsdiqlənməsi ölkələrin Milli İqlim Fəaliyyəti Planlarının icrası məqsədilə 250 milyard dollar vəsaitə qənaət etməyə kömək edəcək. Bununla da 10 il boyunca sözügedən istiqamətdə davam edən müzakirələrə son qoyulub. 

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

58 ölkənin nümayəndələri Gövhər Ağa məscidində oldular - Baku TV

Siyasət
11 sentyabr 2026 389 baxış
İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

İran Ermənistan sərhədində azad iqtisadi zona yaradıla bilər? - Baku TV

Siyasət
11 sentyabr 2026 389 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə

Siyasət
11 sentyabr 2026 389 baxış
Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Xarici diplomatlar azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 389 baxış
Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV

Siyasət
11 sentyabr 2026 389 baxış
58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə - Baku TV

Siyasət
11 sentyabr 2026 389 baxış
Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Prezident Qaradağda müəssisənin açılışında iştirak edib | ABŞ-İran yeni gərginlik - YENİ BİR SƏHƏR

Siyasət
11 sentyabr 2026 389 baxış
Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15 ili Bakıda qeyd olunur - Baku TV

Siyasət
11 sentyabr 2026 389 baxış
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - Baku TV

Siyasət
10 sentyabr 2026 389 baxış
Diplomat kimin mesajını gətirib?

Diplomat kimin mesajını gətirib?

Siyasət
10 sentyabr 2026 389 baxış
Seçilmişlər
icon