Pleyeri seçin:

Bakıda "Euronews" televiziyasının yerli ofisi fəaliyyətə başladı

18 noyabr 2025 128 baxış

Bakıda “Euronews” televiziyasının yerli ofisi fəaliyyətə başlayır. Bu münasibətlə təşkil olunan açılış mərasimində media nümayəndələri, diplomatlar və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən "Euronews"un Direktorlar Şurasının sədri Pedro Varqas David bildirib ki, rəhbərlik etdiyi media qurumu Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirib və bu mövqeyə görə təzyiqlərə məruz qalıb.

O, Avropanın nüfuzlu media qurumunun Bakı ofisinin açılışından məmnunluq duyduğunu qeyd edib:

“Biz Azərbaycanda media və jurnalistika sahəsini gücləndirmək istəyirik. Mövcud vəziyyəti və çətinlikləri başa düşürük, bu bir inkişaf prosesidir. Avropalı və azərbaycanlı jurnalistlərin birlikdə işləməsi peşənin inkişafına, daha müstəqil və azad medianın formalaşmasına töhfə verəcək. Bakıda təxminən 15 nəfərlik bir komanda olacaq. Hazırda onların yarıdan çoxu artıq işə qəbul edilib. Gələcəkdə onların sayını artırmaq niyyətindəyik. Biz bunu daha əvvəl Özbəkistan, Qazaxıstan və Qətər kimi ölkələrdə təcrübədən keçirmişik”.

Pedro Varqas Davidin sözlərinə görə, Bakıda ofisin açılması kanal üçün mühüm mərhələdir, “Euronews”un regiondakı mövqelərinin gücləndirilməsinin rəmzidir, hadisələrin obyektiv və qərəzsiz işıqlandırılması sahəsində Azərbaycanla əməkdaşlığın davamıdır.

Mərasim zamanı “Euronews”un Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri təqdim olunub. Həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin liderlərindən regionun Avropa ilə münasibətlərinə təsir edən əsas siyasi, iqtisadi və sosial proseslər barədə alınan müsahibələri əhatə edən “Eurasia Talks” verilişi nümayiş etdirilib. Tədbir mədəni proqramla yekunlaşıb.

Qeyd edək ki, “Euronews” 1993-cü il yanvarın 1-də yaradılıb.

Ermənistanın Vaşinqton öhdəliklərinə xəyanəti danışıqlar prosesini tamamilə pozmağa hesablanıb?

Ermənistanın Vaşinqton öhdəliklərinə xəyanəti danışıqlar prosesini tamamilə pozmağa hesablanıb?

Siyasət
10 dekabr 2025 128 baxış
Paşinyan TRIPP-in əhəmiyyətindən danışdı | ”Orta dəhlizin vacib hissəsinə çevrilə bilər” - Baku TV

Paşinyan TRIPP-in əhəmiyyətindən danışdı | ”Orta dəhlizin vacib hissəsinə çevrilə bilər” - Baku TV

Siyasət
10 dekabr 2025 128 baxış
Azərbaycan-Slovakiya münasibətləri | Tailand və Kamboca arasında gərginlik - YENİ BİR SƏHƏR

Azərbaycan-Slovakiya münasibətləri | Tailand və Kamboca arasında gərginlik - YENİ BİR SƏHƏR

Siyasət
10 dekabr 2025 128 baxış
Bakı yanacağı İrəvana pulsuz daşınılacaq | "Sülh əməkdaşlıq və dostluqdan asılıdır" - Baku TV

Bakı yanacağı İrəvana pulsuz daşınılacaq | "Sülh əməkdaşlıq və dostluqdan asılıdır" - Baku TV

Siyasət
10 dekabr 2025 128 baxış
Gizli məqsəd nədir? | Bakı Aİ-nin müşahidə missiyasının önə çəkilməsindən narahatdır - Baku TV

Gizli məqsəd nədir? | Bakı Aİ-nin müşahidə missiyasının önə çəkilməsindən narahatdır - Baku TV

Siyasət
10 dekabr 2025 128 baxış
Bahrom Aşrafxanov BANM-da təhsil alan özbək tələbələrlə görüşüb - Baku TV

Bahrom Aşrafxanov BANM-da təhsil alan özbək tələbələrlə görüşüb - Baku TV

Siyasət
10 dekabr 2025 128 baxış
Leyla Əliyeva Türkmənistanda xeyriyyə Fondunun açılışında iştirak edib - Baku TV

Leyla Əliyeva Türkmənistanda xeyriyyə Fondunun açılışında iştirak edib - Baku TV

Siyasət
10 dekabr 2025 128 baxış
Zelenski Putinlə sülh masasına oturacaq? - 24 SAAT

Zelenski Putinlə sülh masasına oturacaq? - 24 SAAT

Siyasət
10 dekabr 2025 128 baxış
Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri başa çatıb - Baku TV

Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri başa çatıb - Baku TV

Siyasət
10 dekabr 2025 128 baxış
SOCAR-ın dəstəyi ilə hazırlanmış yeni kitabın təqdimatı keçirilib - Baku TV

SOCAR-ın dəstəyi ilə hazırlanmış yeni kitabın təqdimatı keçirilib - Baku TV

Siyasət
10 dekabr 2025 128 baxış
Seçilmişlər
icon