Pleyeri seçin:

Bakının Pakistandan aldığı yeni qırıcı təyyarələr müzakirələrə səbəb oldu | BİZDƏN NƏ DANIŞIRLAR?

30 sentyabr 2024 501 baxış

Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, ötən həftə paytaxtımızda keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi, dövlət başçımızın iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı zamanı səsləndirdiyi fikirlər, 27 Sentyabr – Anım Günü ilə bağlı keçirilən tədbirlər dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların diqqət mərkəzində olub.

Ərəbistanın “Alarabiya news” nəşri “Ermənistanın Baş naziri deyib ki, onilliklərlə davam edən münaqişədən sonra Azərbaycanla sülh müqaviləsi “əlçatandır” başlıqlı xəbər dərc edib.

Mənbə xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib. N.Paşinyan nitqində sülhə dəstək verən bir neçə amili sadalayıb, bunlardan ən başlıcasının isə avqustun 30-da tərəflər arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə işi haqqında imzalanan saziş olduğunu vurğulayıb.

Rusiyanın “Vestnik Kavkaza” nəşri “Ərdoğan: ümid edirəm, Bakı ilə İrəvan sülh prosesini birlikdə həll edəcəklər” sərlövhəli məqaləsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməsindən yazıb.

Mənbə qeyd edib ki, Türkiyə lideri bildirib ki, Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də addımlar atır.

Ukraynanın “Focus.ua” nəşri oxucularına bildirib ki, Pakistan təyyarələri Qafqaza çatacaq, Azərbaycan JF-17C partiyasını alıb.

Xəbərdə qeyd olunub ki, sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli, çoxməqsədli JF-17C təyyarələri təqdim olunub və həmin təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

"Yeni müqavilələr imzalanıb" | Prezident İlham Əliyev ixrac məsələsindən danışdı - Baku TV

Siyasət
26 sentyabr 2026 501 baxış
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
26 sentyabr 2026 501 baxış
"Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV

"Bu, Azərbaycanda qaz istehsalını artıracaq" | Prezident tədbirdə nələri açıqladı? - Baku TV

Siyasət
26 sentyabr 2026 501 baxış
"Milli valyutamız 2017-ci ilin aprelindən sabitdir, indidən sonra da...” | Prezident - Baku TV

"Milli valyutamız 2017-ci ilin aprelindən sabitdir, indidən sonra da...” | Prezident - Baku TV

Siyasət
26 sentyabr 2026 501 baxış
Prezident: “Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq” - Baku TV

Prezident: “Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq” - Baku TV

Siyasət
26 sentyabr 2026 501 baxış
"Bunlar edilməsə, gələcək haqqında danışmaq çətin olar" | Prezident forumda çıxış etdi - Baku TV

"Bunlar edilməsə, gələcək haqqında danışmaq çətin olar" | Prezident forumda çıxış etdi - Baku TV

Siyasət
26 sentyabr 2026 501 baxış
Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda - Baku TV CANLI

Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda - Baku TV CANLI

Siyasət
26 sentyabr 2026 501 baxış
Ticarətdən bərpa olunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV

Ticarətdən bərpa olunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV

Siyasət
26 sentyabr 2026 501 baxış
Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 501 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 501 baxış
Seçilmişlər
icon