Pleyeri seçin:

Bakıya qarşı qəbuledilməz hərəkət | QAİ-dən ABŞ konqresmenlərinə sərt reaksiya

04 oktyabr 2024 276 baxış

“ABŞ-nin bir qrup konqresmeni cari ilin oktyabrın 3-də bu ölkənin dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə edib.

Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi etməsindən istifadə edərək Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışırlar. Bu, açıq-aşkar şantajdır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirib.

Qeyd edilib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun ümumbəşəri problemlərin həllinə verdiyi töhfədir. Ölkəmizin COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar konvensiyaya tərəf dövlətlərin yekdilliklə dəstəklədiyi qərardır.

“Konqresmenlərin sözügedən COP29 məsələsindən şantaj vasitəsi kimi istifadə cəhdləri təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib. Şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşı nifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliklərini, o cümlədən bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına biganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubu və məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasına şübhə yeri qoymur.

Biz ABŞ-dən Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”, – deyə İcmanın bəyanatında vurğulanıb.

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Siyasət
05 may 2026 276 baxış
Mirzoyan: “Ermənistan fırtınanın episentrində olmağın nə demək olduğunu bilir”

Mirzoyan: “Ermənistan fırtınanın episentrində olmağın nə demək olduğunu bilir”

Siyasət
05 may 2026 276 baxış
Makron “erməni soyqırımı” memorialını ziyarət etməklə hansı mesajı verir? - Baku TV

Makron “erməni soyqırımı” memorialını ziyarət etməklə hansı mesajı verir? - Baku TV

Siyasət
05 may 2026 276 baxış
İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - Baku TV

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - Baku TV

Siyasət
05 may 2026 276 baxış
İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər

İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər

Siyasət
05 may 2026 276 baxış
Ərdoğan Türkiyənin regiondakı gücündən danışdı

Ərdoğan Türkiyənin regiondakı gücündən danışdı

Siyasət
05 may 2026 276 baxış
Dünya mediası Prezident İlham Əliyevin çıxışından yazdı | Meloni Azərbaycanda - YENİ BİR SƏHƏR

Dünya mediası Prezident İlham Əliyevin çıxışından yazdı | Meloni Azərbaycanda - YENİ BİR SƏHƏR

Siyasət
05 may 2026 276 baxış
"Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilib - Baku TV

"Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilib - Baku TV

Siyasət
05 may 2026 276 baxış
Həyata keçirilən mühüm tərəfdaşlığın uzunmüddətli olmasını istəyirik | Ciorcia Meloni - Baku TV

Həyata keçirilən mühüm tərəfdaşlığın uzunmüddətli olmasını istəyirik | Ciorcia Meloni - Baku TV

Siyasət
05 may 2026 276 baxış
13 ildən sonra tarixi səfər | Azərbaycan və İtaliya daha sıx əməkdaşlığa hazırlaşır - Baku TV

13 ildən sonra tarixi səfər | Azərbaycan və İtaliya daha sıx əməkdaşlığa hazırlaşır - Baku TV

Siyasət
05 may 2026 276 baxış
Seçilmişlər
icon