Pleyeri seçin:
Baydenin köməkçisindən Kiyevə şad xəbər
“ABŞ hesab edir ki, NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına əsasən, Ukraynanın Şimali Atlantika Alyansına qoşulması məsələsini artıq həll olunmuş hesab etmək olar”.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABC televiziyasına müsahibəsində deyib.
“Biz kommunikedə bildirmişik ki, Ukraynanın gələcəyi NATO-dadır. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu baş verəcək”, – deyə o bildirib.
Eyni zamanda C.Sallivan qeyd edib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Ukraynada böyük dəyişiklik gözlənilir | Zelenskinin videomüraciətində diqqətçəkən detal - CANLI
- Viktor Orban Avropa ölkələrinə xəbərdarlıq edib
- Portuqaliya Ukraynaya ordu göndərir?
- Zelenski seçkinin 2 amildən asılı olduğunu deyib
- Avropadan Ukraynaya rekord məbləğdə yardım | Müharibə bitəcək, yoxsa? - Baku TV
