Pleyeri seçin:

BƏƏ lideri Prezident İlham Əliyevə zəng etdi

10 dekabr 2023 360 baxış

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı dövlət başçıları ölkələrimiz arasında münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Prezidentlər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq sahələrinə, xüsusilə iqtisadi inkişaf, bərpaolunan enerji və ölkələrimizin davamlı inkişafı üçün digər vacib istiqamətlərdə əməkdaşlıq imkanlarına toxunublar.

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində Dubayda təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə toxunulub.

Dövlət başçısı bu Sammitin uğurla keçirilməsi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib, bu tədbirdə iştirak etmək üçün Dubaya səfəri zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti bu tədbirin nəticələrinin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə praktiki və əhəmiyyətli töhfə verəcəyinə, həmçinin dünyada davamlı inkişafa xidmət edəcəyinə ümidvarlığını bildirib.

Moskvada kritik danışıqlar: Azərbaycan və Rusiya arasında gərginlik azalacaq? - AKTUAL GÜNDƏM

Moskvada kritik danışıqlar: Azərbaycan və Rusiya arasında gərginlik azalacaq? - AKTUAL GÜNDƏM

Siyasət
16 iyul 2026 360 baxış
Fələstinin Baş naziri Azərbaycanda | Səfərdə diqqətçəkən məqamlar - Baku TV

Fələstinin Baş naziri Azərbaycanda | Səfərdə diqqətçəkən məqamlar - Baku TV

Siyasət
16 iyul 2026 360 baxış
Tramp İlham Əliyevin sözlərinin yer aldığı məqaləni “Truth Social”da paylaşdı - Baku TV

Tramp İlham Əliyevin sözlərinin yer aldığı məqaləni “Truth Social”da paylaşdı - Baku TV

Siyasət
16 iyul 2026 360 baxış
Fələstinin Baş naziri Prezident İlham Əliyevin qəbulunda

Fələstinin Baş naziri Prezident İlham Əliyevin qəbulunda

Siyasət
16 iyul 2026 360 baxış
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi - Baku TV

İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi - Baku TV

Siyasət
16 iyul 2026 360 baxış
Prezident İlham Əliyevin ABŞ siyasəti: Bakı-Vaşinqton münasibətlərində yeni dövr başlayır?

Prezident İlham Əliyevin ABŞ siyasəti: Bakı-Vaşinqton münasibətlərində yeni dövr başlayır?

Siyasət
16 iyul 2026 360 baxış
Prezident Fələstinin Baş naziri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Fələstinin Baş naziri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
16 iyul 2026 360 baxış
"Heydər Əliyev tapşırıq vermişdi ki..." | "Bir səfərin izi ilə - Gürcüstan" filmi - Baku TV

"Heydər Əliyev tapşırıq vermişdi ki..." | "Bir səfərin izi ilə - Gürcüstan" filmi - Baku TV

Siyasət
16 iyul 2026 360 baxış
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib | Məktəblərdə yenilik - YENİ BİR SƏHƏR

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib | Məktəblərdə yenilik - YENİ BİR SƏHƏR

Siyasət
16 iyul 2026 360 baxış
"Milləti qoruyan xalqın iradəsidir" | Türkiyədə Demokratiya və Milli birlik günüdür - Baku TV

"Milləti qoruyan xalqın iradəsidir" | Türkiyədə Demokratiya və Milli birlik günüdür - Baku TV

Siyasət
16 iyul 2026 360 baxış
Seçilmişlər
icon