Belçika XİN rəhbəri Azərbaycanı günahlandırıb
Belçikanın xarici işlər naziri Hadija Labib regiona səfəri çərçivəsində Azərbaycana gələcək.
Ölkəmizdə səfərdə olan digər dövlətlərin xarici işlər nazirləri adətən Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.
“APA”nın əldə etdiyi məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.
Qeyd edək ki, avqustun 22-də Belçikanın xarici işlər naziri Hadija Labibin regiona səfəri başlayıb. O, ilk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadija Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.
#Belçika teqi istifadə olunub
- Belçikada büdcə ixtisarlarına qarşı narazılıqlar kütləvi hal alıb
- Belçikada büdcə ixtisarına qarşı etiraz aksiyaları keçiriləcək
- Belçika Ukraynaya daha üç “F-16” qırıcısı və əlavə maliyyə dəstəyi verəcək
- İttifaq ölkələrindən Belçikaya təzyiq | Fikir ayrılığına səbəb nədir? - BAKU TV CANLI
- Belçikadakı meşə yanğını Almaniyaya doğru irəliləyir
