Beynəlxalq mediaforumun ikinci günü hansı mövzular müzakirə olunub? | Özbəkistan - Baku TV
“İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər” mövzusunda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən mediaforumun ikinci günündə proqram olduqca rəngarəng və zəngindir. Dünyanın nüfuzlu media orqanlarının nümayəndələri bu gün – avqustun 26-da forumda müxtəlif mövzularla çıxış ediblər. Forumun işi sabaha qədər davam edəcək. Rəsmi bağlanış mərasimi bu günə planlaşdırılsa da, sabah nümayəndə heyətinin Səmərqəndə səfəri nəzərdə tutulub.
Qeyd edək ki, forumun əsas mövzusu islamın gözəlliklərini dünyaya olduğu kimi çatdırmaqdır.
Forum çərçivəsində Türkiyənin “Haber Global” telekanalının jurnalisti Dilara Sayan Baku TV ilə təəssüratlarını bölüşüb.
“Biz burada tarixə yerindəcə şahidlik edirik. Özbəkistan dünya tarixi üçün böyük əhəmiyyət kəsb edir və bu diyarın daha çox tanıdılması vacibdir”, – deyə o bildirib.
#Özbəkistan teqi istifadə olunub
- İslam sivilizasiyasının tarixi irsi və müasir inkişaf yolu diqqət mərkəzindədir - Baku TV
- Forum yeni tədqiqatlar və əməkdaşlıqlar üçün imkan yaradıb - Baku TV
- Özbək jurnalist: "Bakı-Daşkənd müttəfiqliyi dünyada mühüm güc mərkəzinə çevrilməlidir" - Baku TV
- Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən görüntülər - Baku TV
- İlham Əliyev və birinci xanım "Poyi-Kalon" kompleksi ilə tanış olublar - Baku TV
