Pleyeri seçin:

Azərbaycan və Türkiyə birgə hərbi istehsalı genişləndirir - HƏRBİ XRONİKA

25 avqust 2026 379 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın yeni mərhələsi, xüsusilə müdafiə sənayesində birgə istehsal və texnologiyaların lokallaşdırılması təhlil olunub.

Bildirilib ki, əməkdaşlıq artıq Türkiyənin istehsal etdiyi silahların Azərbaycana satışından daha geniş məzmun daşıyır. İki ölkənin müdafiə sənayesinin inteqrasiyası, texnologiya transferi, birgə istehsal və yeni müəssisələrin yaradılması istiqamətində real layihələr həyata keçirilir.

Bu prosesin ən görünən istiqamətlərindən biri pilotsuz uçuş aparatlarıdır. “Baykar”ın Sumqayıt Sənaye Parkındakı fəaliyyəti çərçivəsində “Bayraktar TB2”, “Akıncı” və mini İHA kimi sistemlərin istehsalı və inkişafı üzrə işlər aparılır. Elektron müharibə və digər pilotsuz sistemlərin birgə istehsalı da əməkdaşlığın gündəmindədir.

Qeyd olunub ki, digər mühüm istiqamət raket texnologiyalarıdır. “ROKETSAN” və Sumqayıt Texnologiyalar Parkının iştirakı ilə yaradılan “AZROKSAN” çərçivəsində “TR-122” reaktiv mərmilərinin və “TEBER” dəqiq tuşlama sistemlərinin istehsalına hazırlıq görülür. Bununla yanaşı, “ROKETSAN” tərəfindən Azərbaycanda yeni raket istehsalı müəssisəsinin yaradılması istiqamətində də işlər diqqət mərkəzindədir.

Vurğulanıb ki, əməkdaşlıq pilotsuz və raket sistemləri ilə məhdudlaşmır. “HAVELSAN” ilə komanda-idarəetmə, logistika və rəqəmsal sistemlər, “ASELSAN” ilə isə radar, elektron müharibə, süni intellekt, peyk və pilotsuz texnologiyalar üzrə əməkdaşlıq inkişaf edir. “KAAN”, “HÜRJET” və “Kızılelma” kimi Türkiyənin yeni nəsil aviasiya layihələri də Azərbaycanın gələcək maraqları baxımından diqqət çəkir.

Nəticə etibarilə, Azərbaycan-Türkiyə müdafiə sənayesi əməkdaşlığında ayrı-ayrı silahların satın alınmasından daha böyük proses formalaşır. İstehsal infrastrukturu, texnologiya transferi, kadr hazırlığı və hərbi sistemlərin inteqrasiyası Azərbaycanın milli müdafiə sənayesi imkanlarının genişlənməsinə xidmət edir.

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 379 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 379 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 379 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 379 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 379 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 379 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 379 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 379 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 379 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 379 baxış
Seçilmişlər
icon