“Biz çox fərəhlənirik ki, həmin dəyərləri əsrlərlə qoruyub saxlamışıq” | Prezident - Baku TV
“Biz hamımız azərbaycançılıq ideyası ətrafında birləşirik”.
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı Azərbaycanda həmrəyliyin, qarşılıqlı anlaşma və hörmətin yüksək səviyyədə olduğunu bildirib.
“Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir”, – deyə Prezident qeyd edib.
İlham Əliyev bu birliyin müstəqillik tarixinin ən çətin mərhələlərində də özünü göstərdiyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri “dəmir yumruq” kimi birləşiblər. Prezident bunun qələbənin rəmzi olduğunu qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Qələbə qazanmaq və sülhə nail olmaq | Azərbaycanın nümunəvi yolu - Baku TV
- İlham Əliyev: "Biz özümüzü müdafiə etdik, düşməni məğlub etdik" - Baku TV
- İlham Əliyev və ailə üzvləri rəssamın 80 illiyinə həsr olunan sərgi ilə tanış olublar - Baku TV
- ”Bu, beynəlxalq praktikada nadir olan hadisədir” | Bakı ədaləti necə bərpa etdi? - Baku TV
- İlham Əliyev və Səlim bin Məhəmməd əl-Malik arasındakı görüşdə nələr müzakirə edildi? - Baku TV
