Blinkendən Azərbaycana “Əsrin müqaviləsi”nin 30-cu ildönümü münasibətilə təbrik məktubu
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
“Azərbaycanı mühüm enerji təchizatçısına çevrilməyə kömək etmiş “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə sizi və Azərbaycan xalqını təbrik etməkdən məmnunluq duyuram. Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bu ildə həmin tarixin qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın qlobal enerjiyə keçid ilə bağlı sadiqliyi ölkənizin enerji sektorunda etibarlı tərəfdaş kimi onilliklər ərzində sürən tarixinə əsaslanır. Biz Azərbaycanın öndə gedən rolunu gücləndirə və regionu transformasiya edə biləcək bərpa olunan enerjidən istifadə və yaşıl enerjinin ixracı marşrutlarının inkişaf etdirilməsinə dair səylərinizi alqışlayırıq.
"Əsrin müqaviləsi" bizim birlikdə çalışaraq nələrə nail ola biləcəyimizin sübutudur. Bugünkü telefon danışığımız zamanı qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları əməkdaşlığımızı genişləndirmək və qlobal enerji keçidi və Azərbaycanın enerji gündəliyi daxil olmaqla müxtəlif vacib məsələlər üzrə birgə çalışmağa hazırdır”, – deyə təbrik məktubunda qeyd olunur.
#ABŞ teqi istifadə olunub
- Tramp İranla razılaşma ehtimalını kənara qoydu | Meksikaya yeni şərt irəli sürdü - Baku TV CANLI
- Texnologiya bazarında gözlənilməz hadisə: Süni intellekt sənayesində nələr olur? - Baku TV CANLI
- İranla saziş gündəmdən çıxır, Meksikaya tariflər artırılır?
- Şirkət rəhbərinin istefası dünya texnologiya bazarını silkələdi
- Ölən və xəsarətalanlar var
