Pleyeri seçin:

BMT Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsini rəsmi beynəlxalq sənəd kimi yayımladı

26 noyabr 2025 785 baxış

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi artıq dünyanın ən ali beynəlxalq platformalarında BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.

21 sentyabr 2025-ci ildə keçirilən III Bakı Təhlükəsizlik Forumu “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınması” mövzusunda beynəlxalq təhlükəsizlik gündəminin əsas sənədlərindən birinə çevrilib.

Bu dəfə Forum öz tarixində mühüm bir yeniliyi ilə yadda qalıb. Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsi və Bəyannaməsi qəbul edilib, həmçinin dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimində işləyəcək Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılması barədə qərar elan olunub.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə baş tutan tədbirdə dünyanın bütün qitələrini təmsil edən 90-a yaxın xüsusi xidmət orqanının rəhbərləri iştirak edib. Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində qeyd olunur ki, Bakı bu gün qlobal və regional təhdidlərin təhlili, təhlükələrin neytrallaşdırılması yollarının araşdırılması üçün unikal əməkdaşlıq məkanına çevrilib.

Forumun Bəyannaməsində iştirakçı ölkələr beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliklərini təsdiqləyərək transmilli cinayətkarlıq və beynəlxalq terrorçuluğa qarşı mübarizədə daha sıx əməkdaşlıq, davamlı məlumat mübadiləsi və birgə qətiyyətli addımların atılmasının vacibliyini bəyan ediblər.

BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının Forum Bəyannaməsini rəsmi sənəd kimi yayması isə Azərbaycanın təşəbbüslərinin, beynəlxalq səviyyədə artan nüfuzunun bariz göstəricisidir.

Banner
İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV

Siyasət
25 oktyabr 2026 785 baxış
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən U-15 festivalında iştirak edib

Siyasət
25 oktyabr 2026 785 baxış
İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

İlham Əliyev və ailə üzvləri FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyiblər - Baku TV

Siyasət
25 oktyabr 2026 785 baxış
İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

İlham Əliyev və birinci xanım dünya çempionatının və festivalının açılış mərasimində iştirak ediblər

Siyasət
24 oktyabr 2026 785 baxış
Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Bakıda keçirilən görüşdə iki ölkə arasında hansı məsələlər müzakirə olunub? - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 785 baxış
Təzyiqlərə qarşı ortaq mövqe

Təzyiqlərə qarşı ortaq mövqe

Siyasət
24 oktyabr 2026 785 baxış
“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

“Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV

Siyasət
24 oktyabr 2026 785 baxış
Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Bu ölkədə dəhşətli terror hücumu yaşandı | Azərbaycan XİN-dən reaksiya - Baku TV CANLI

Siyasət
24 oktyabr 2026 785 baxış
Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA

Siyasət
24 oktyabr 2026 785 baxış
Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV

Siyasət
24 oktyabr 2026 785 baxış
Seçilmişlər
icon