Pleyeri seçin:

Böyük Yaxın Şərqin tək varisi ermənilərdir? - QARABAĞ XRONİKASI

10 aprel 2025 1091 baxış

“Qarabağ xronikası” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda Xankəndinin ən hündür nöqtəsi – Kərkicahan qəsəbəsinin Yağlıtəpə yüksəkliyində ermənilər tərəfindən inşa olunan nəhəng kompleksdən bəhs edib.

Bildirilib ki, tikintisi tamamlanmayan bu kompleksin inşasına erməniəsilli rusiyalı milyonçu Simon Petrosyanın ideyası və dəstəyi ilə 2007-ci ildə start verilmişdi:

“Amma alınmadı. İkinci Qarabağ müharibəsindən sonra separatçı zümrə burada aparılan işləri dayandırmaq məcburiyyətində qaldı. Sahəsi 3 min kvadratmetr olan bu kompleks erməni mətbuatında cürbəcür formalarda təqdim olunurdu – idman və mədəniyyət mərkəzi, yüksək səviyyəli görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan məkan, bəzi mənbələrə görə isə hətta qondarma rejim başçısının iqamətgahı kimi. İnşaat işləri tamamlandıqdan sonra burada mehmanxana kompleksi, restoranlar və digər iaşə obyektlərinin də fəaliyyəti planlaşdırılırdı”.

Qeyd edilib ki, bu məlumatlar erməni mənbələrinə əsaslanır:

“Tam əminliklə deyə bilərik ki, bu ərazidə sıradan bir idman və mədəniyyət və ya digər kompleks yaradılmırdı. Burada Qarabağı beynəlxalq müstəvidə erməni torpağı kimi tanıtdırmaq məqsədi daşıyan genişmiqyaslı siyasi və dini-ideoloji layihə icra edilirdi”.

Jurnalistin sözlərinə görə, təpənin üstündə inşa edilən bu kompleks ilk baxışdan kilsə atributuna aid olan bir keşiş əsasına bənzər quruluşu ilə diqqəti cəlb edir:

“Bu, kilsəyə aid yeganə simvol deyil. Kompleksin tam mərkəzində iri bir xaçın olduğunu da görürük. Dəmir Aşot, İkinci Aşot, şahənşah və digər epitetlərlə təqdim edilən personaja aid simvol. Erməni toplumu bu xaçı müqəddəsləşdirərək özlərinin xristian-hərbi relikviyası kimi təqdim edir.

Xristian ənənəsində müxtəlif interpretasiyalar – “həyat yaradan xaç”, “həqiqi xaç”, “Rəbbin xaçı” və ya “həyat yaradan ağac” kimi tanınan daha bir element. Xristian doqmatikasına görə, bu, İsa Məsihin çarmıxa çəkildiyi xaçdır və xristianlığın ən mühüm relikviyalarına aiddir. Bu elementlərlə erməni ideoloqları Qarabağın xristian keçmişini önə çəkib, bölgənin xristian köklərinin yalnız erməni kilsəsinə aid olduğu təəssüratını yaratmağa çalışıblar”.

Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Siyasət
19 sentyabr 2026 1091 baxış
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI

Siyasət
19 sentyabr 2026 1091 baxış
DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV

Siyasət
19 sentyabr 2026 1091 baxış
SOCAR-ın Özbəkistanda fəaliyyəti genişləndiriləcək - Baku TV

SOCAR-ın Özbəkistanda fəaliyyəti genişləndiriləcək - Baku TV

Siyasət
19 sentyabr 2026 1091 baxış
Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV

Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV

Siyasət
18 sentyabr 2026 1091 baxış
Alban-Udi xristian dini icmasından Ermənistana sərt mesaj - Baku TV

Alban-Udi xristian dini icmasından Ermənistana sərt mesaj - Baku TV

Siyasət
18 sentyabr 2026 1091 baxış
Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR

Siyasət
18 sentyabr 2026 1091 baxış
Prezidentin Şamaxıya səfərinin yekunları

Prezidentin Şamaxıya səfərinin yekunları

Siyasət
18 sentyabr 2026 1091 baxış
Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV

Siyasət
18 sentyabr 2026 1091 baxış
Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Makron–Paşinyan xətti aktivləşdi: regionda yeni oyun başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
18 sentyabr 2026 1091 baxış
Seçilmişlər
icon