Siyasət
Pleyeri seçin:

Britaniya kəşfiyyat rəhbərinin “ADA”dakı mühazirəsi kimləri qorxuya salıb? | BİZDƏN NƏ DANIŞIRLAR?

23 sentyabr 2024

Baku TV-də yayımlanan "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, 20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günü, ölkəmizin müstəqillik yolunda keçdiyi çətin və şərəfli tarixin bir simvoludur.

Xarici KİV ötən həftə ərzində oxucularına həm bu tarixi hadisənin önəmindən, həm də ölkəmizin dünya çapındakı uğurlarından xəbərlər təqdim edib.

Keniyanın “The Standard” nəşri “Qarabağın yenidən qurulması müharibədən zərər görmüş rayonlara necə ümid verir” başlıqlı məqalə dərc edir. Qeyd olunub ki, Azərbaycanın bu bölgəsi artıq otuz ildən çoxdur ki, mübahisə nöqtəsidir. Azərbaycan Qafqaz regionunda Şərqi Avropa ilə Qərbi Asiya arasında yerləşir.

Bildirilib ki, otuz il əvvəl, dörd illik müharibədən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalından sonra Bişkek protokoluna əsasən, Rusiya Dağlıq Qarabağın de-fakto müstəqil olmasını təmin edən atəşkəsə vasitəçilik edib.

BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının ərazidən çıxarılmasını tələb edən dörd qətnaməsi diqqətdən kənarda qalıb. Məqalədə qeyd olunub ki, 2020-ci ilin noyabrına gəlincə isə İkinci Qarabağ müharibəsi Azərbaycanın öz ərazilərinin böyük hissəsini geri qaytarması ilə başa çatıb.

Rusiyanın “Vestnik Kavkaza” nəşri xəbər verir ki, Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlini qoyub.

Məqalədə qeyd olunub ki, dövlət başçısı İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

İordaniyanın “Menafn” nəşri “Prezident İlham Əliyev: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir” başlıqlı xəbər yayımlayıb.

Mənbə qeyd edib ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib. Universitet üçün gözəl yataqxana yaradıldığını, növbəti üç ildə yeni tədris korpusları inşa ediləcəyini söyləyən dövlət başçısı Qarabağ Universitetinin ölkəmizin aparıcı ali məktəblərindən birinə çevriləcəyinə ümid etdiyini bildirib.

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Lüksemburq DP-nin qətnaməsinə Milli Məclisdən sərt reaksiya | Bu, kənara qoyulmalıdır!

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

Siyasət
21 noyabr 2024
Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Bakı və İrəvan sülhə yaxındır ? | Türkiyə XİN rəhbərindən açıqlama

Siyasət
21 noyabr 2024
Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Yaşıl və mavi zonalarda silsilə tədbirlər təşkil olundu | Muxtar Babayevdən mühüm açıqlamalar

Siyasət
21 noyabr 2024
"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

"Fransa Ermənistandan çox düşmənçilik edir" | BAKU ANALİTİK

Siyasət
21 noyabr 2024
COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

COP29-un 11-ci günü yekunlaşdı | Əməkdaşımız ən son məlumatları çatdırdı

Siyasət
21 noyabr 2024
İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?

Siyasət
21 noyabr 2024
BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

Siyasət
21 noyabr 2024
Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Rusiyada dezinformasiyalar üzrə mühüm tədbir | Azərbaycanı "Global Media Group" təmsil etdi

Siyasət
21 noyabr 2024
Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Aleksandr Sayer COP29-da media ilə bağlı yaradılan şəraitdən danışdı

Siyasət
21 noyabr 2024
Seçilmişlər
icon