Pleyeri seçin:

Brüsseldə imzalanan bu sənəd Azərbaycanda qəzəb doğurdu - Baku TV

09 dekabr 2025 398 baxış

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" sənədi Azərbaycanla sülh gündəliyinə ziddir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən sənədə dair şərhində qeyd olunub.

Bildirilib ki, "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur:

"Növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir.

Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkədən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların "qaçqın" statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir".

Vurğulanıb ki, Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır:

"İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir".

Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR

Bakıdan islam dünyasına hansı mesajlar verildi? | Tərəflər razılığa yaxınlaşır? - YENİ BİR SƏHƏR

Siyasət
25 iyun 2026 398 baxış
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" | İlham Əliyev

"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın" | İlham Əliyev

Siyasət
24 iyun 2026 398 baxış
İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV

İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı toplandı - Baku TV

Siyasət
24 iyun 2026 398 baxış
Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyirik | Azərbaycan XİN - Baku TV

Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyirik | Azərbaycan XİN - Baku TV

Siyasət
24 iyun 2026 398 baxış
Avropa Qarabağ məsələsini yeni formada qaytarmağa çalışır? - AKTUAL GÜNDƏM

Avropa Qarabağ məsələsini yeni formada qaytarmağa çalışır? - AKTUAL GÜNDƏM

Siyasət
24 iyun 2026 398 baxış
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - Baku TV

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul etdi - Baku TV

Siyasət
24 iyun 2026 398 baxış
İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

Siyasət
24 iyun 2026 398 baxış
BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

Siyasət
24 iyun 2026 398 baxış
Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 iyun 2026 398 baxış
Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Siyasət
24 iyun 2026 398 baxış
Seçilmişlər
icon