Pleyeri seçin:

Ceyhun Bayramov mətbuat konfransında vətəndaşlara çağırış etdi - Baku TV

08 iyun 2026 224 baxış

Rusiya-Ukrayna münaqişəsi başqa region ölkələrinə qlobal mənada ciddi təhdid yaradır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Azərbaycan və digər qardaş ölkə vətəndaşlarına müraciət edərək demək istəyirəm ki, hərbi münaqişə zonalarından uzaq dursunlar", – deyə nazir vurğulayıb.

O, üç gün bundan öncə Azovda iki gəmiyə dron hücumu zamanı 4 Azərbaycan vətəndaşının həlak olması, dördünün yaralandığını xatırladıb və qeyd edib ki, savaş davam etdikcə belə hallardan sığortalanmaq mümkün deyil.

Ceyhun Bayramov bildirib ki, hərbi münaqişələrin təsirlərini müəyyən coğrafi çərçivədə saxlamaq olduqca çətindir.

Nazir qeyd edib ki, Azərbaycan hər zaman müharibələrin dayandırılmasının, atəşkəsə nail olunmasının və problemlərin diplomatik-siyasi yollarla həllinin vacibliyini vurğulayır.

Ceyhun Bayramov beynəlxalq ictimaiyyətin münaqişələrin dinc yolla həlli istiqamətində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.

"Onu tam bir coğrafiya daxilində, hansısa qaydalar şərtində saxlamaq və proqnozlaşdırmaq çətindir. Azərbaycan dövləti olaraq savaşın dayanması, onun diplomatik və siyasi həllinin tapılması, ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülh üçün addımların önəmini qeyd edirik", – deyə nazir vurğulayıb.

Zəngəzur uğrunda gizli mübarizə: ABŞ, İran və Ermənistan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Zəngəzur uğrunda gizli mübarizə: ABŞ, İran və Ermənistan nəyə hazırlaşır? - AKTUAL GÜNDƏM

Siyasət
18 iyul 2026 224 baxış
Bakı Ali Məhkəməsində Ermənistan vətəndaşlarına bəraət verilməsi və hökmün ləğvi istənildi - Baku TV

Bakı Ali Məhkəməsində Ermənistan vətəndaşlarına bəraət verilməsi və hökmün ləğvi istənildi - Baku TV

Siyasət
18 iyul 2026 224 baxış
”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV

”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV

Siyasət
18 iyul 2026 224 baxış
"Türkiyə-Azərbaycan qardaşlığı geosiyasi proseslərə də təsir göstərir" | Cavanşir Feyziyev - Baku TV

"Türkiyə-Azərbaycan qardaşlığı geosiyasi proseslərə də təsir göstərir" | Cavanşir Feyziyev - Baku TV

Siyasət
17 iyul 2026 224 baxış
Azərbaycan Körfəz investorları üçün niyə cəlbedicidir? - AKTUAL GÜNDƏM

Azərbaycan Körfəz investorları üçün niyə cəlbedicidir? - AKTUAL GÜNDƏM

Siyasət
17 iyul 2026 224 baxış
Əhalinin siyahıyaalınması ilə bağlı hansı yeniliklər ediləcək? - Baku TV

Əhalinin siyahıyaalınması ilə bağlı hansı yeniliklər ediləcək? - Baku TV

Siyasət
17 iyul 2026 224 baxış
Prezident İlham Əliyev yeni səfirlə söhbət etdi

Prezident İlham Əliyev yeni səfirlə söhbət etdi

Siyasət
17 iyul 2026 224 baxış
Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

Prezident ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb

Siyasət
17 iyul 2026 224 baxış
Prezident Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib

Prezident Azərbaycanla Kambocanın dost ölkələr olduğunu bildirib

Siyasət
17 iyul 2026 224 baxış
Prezident İlham Əliyev Braziliya səfirinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev Braziliya səfirinin etimadnaməsini qəbul etdi

Siyasət
17 iyul 2026 224 baxış
Seçilmişlər
icon