Pleyeri seçin:

"Öz səslərini mənə etibar etdilər" | Şərqi Avropanın azərbaycanlı meri - Baku TV

19 iyul 2026 348 baxış

Xaricdə yaşayan daha bir azərbaycanlı yüksək vəzifəyə layiq görülüb.

Həmyerlimiz Ramiz Ənsərov Moldovanın Orhey şəhərinə mer təyin olunub.

Əslən Qərbi Azərbaycanın İncəsu rayonundan olan Ramiz Ənsərov Moldovanın paytaxtı Kişineuda anadan olub. O, növbədənkənar seçkilərdə Orhey şəhərinin meri seçilib.

Ramiz Ənsərov eyni zamanda Moldovadakı Azərbaycan diasporunun fəalı və Azərbaycanlılar Konqresinin sədr müavinidir.

“Atam 1976-cı ildə hərbi xidmət keçmək üçün Moldovaya gəlib və burada qalıb. Daha sonra anamla ailə qurub. Məndən böyük iki bacım var. Atam tərəfdən olan qohumlarımın hamısı Bakıda yaşayır. Biz qohumlarımızla çox sıx ünsiyyət saxlayırıq”, – deyə o bildirib.

Ramiz Ənsərov uşaqlıq illərinin Kişineuda keçdiyini və bir müddət hüquq-mühafizə orqanlarında çalışdığını qeyd edib:

“Uşaqlığım Kişineuda keçib. Polis Akademiyasını bitirmişəm. Bir müddət polis sistemində çalışmışam. Daha sonra sistemdən ayrılaraq biznes sektoruna keçmişəm. Həmçinin dövlət strukturlarında da işləmişəm”.

Yeni mer artıq yeddi ildir ki, ailəsi ilə birlikdə Orhey şəhərində yaşadığını bildirib:

“Artıq yeddi ildir ki, həyat yoldaşım və dörd oğlumla birlikdə Orheydə yaşayırıq. Rəsmi məlumatlara görə, şəhərin 25 min əhalisi var. Əhəmiyyətinə görə ölkədə üçüncü şəhərdir”.

Ramiz Ənsərov seçkilərdə qalib gəlməsini şəhər sakinlərinin ona göstərdiyi etimadla əlaqələndirib:

“Qalib gəlməyimin səbəbi bu şəhərin sakinlərinin öz səslərini mənə etibar etmələri oldu. Onlara ayrıca təşəkkür edirəm ki, mənə inandılar”.

O, seçki kampaniyasının fəal keçdiyini də vurğulayıb:

“Komandamla birlikdə şəhəri iki dəfə piyada gəzdik. İnsanlarla danışır, onların problemlərini dinləyirdik. Birlikdə bu problemlərin həlli yollarını tapırdıq”.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 348 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 348 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 348 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 348 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 348 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 348 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 348 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 348 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 348 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 348 baxış
Seçilmişlər
icon