Pleyeri seçin:

”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV

18 iyul 2026 386 baxış

Son illər Moldovada yaşayan azərbaycanlıların ictimai, siyasi, iqtisadi və idman sahələrində fəallığı daha çox nəzərə çarpır. Təxminən 5 min nəfərdən ibarət Azərbaycan icmasının nümayəndələri paytaxt Kişinyovla yanaşı, ölkənin müxtəlif regionlarında da uğurla fəaliyyət göstərirlər.

Moldova Azərbaycanlıları Konqresinin Şura sədri Ramil Adıgözəlov bildirir ki, azərbaycanlılar artıq yalnız Moldova ilə kifayətlənməyərək Rumıniya və digər qonşu ölkələrdə də əlaqələrini genişləndirirlər.

“Son zamanlar Moldovadakı Azərbaycan diasporu xeyli güclənib. Həmvətənlərimiz idmanda, biznesdə, siyasətdə və digər sahələrdə uğur qazanırlar. Diasporamız çox həmrəy və fəaldır. Buna görə də bizi burada tanıyır və hörmət edirlər”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Moldovada azərbaycanlı həkimlər, müəllimlər, iş adamları və informasiya texnologiyaları sahəsində çalışan gənclər kifayət qədər fəaldırlar. Azərbaycanlı gənclərin müxtəlif siyasi partiyalarda təmsil olunması da onların gələcəkdə ölkənin ictimai-siyasi həyatında daha mühüm rol oynayacağını göstərir.

Moldovada uğur qazanan azərbaycanlılardan biri də Adil Osmanovdur. O, idman sahəsində hələlik yeganə azərbaycanlıdır ki, yüksək nailiyyət qazanıb. Adil Osmanov cüdo üzrə Olimpiya üçüncüsüdür, amma hədəfi qızıl medal qazanmaqdır.

“Moldovada çox perspektivli azərbaycanlı idmançılar var. Cüdo ilə yanaşı, avarçəkmə, boks və taekvondo sahələrində də həmvətənlərimiz fəaliyyət göstərirlər. Mən özümü Moldovada evdəki kimi hiss edirəm. Buradakı dostlarımın Azərbaycan haqqında fikirləri çox müsbətdir. Onlar qonaqpərvərliyimizi, mətbəximizi və mədəniyyətimizi sevirlər”, – deyə o vurğulayıb.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 386 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 386 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 386 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 386 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 386 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 386 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 386 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 386 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 386 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 386 baxış
Seçilmişlər
icon