Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd ediir
Yeniliklərdən dərhal xəbərdar olun
12 noyabr Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyanın qəbul edildiyi gündür.
Ölkə Konstitusiyası 28 il əvvəl – 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
#Konstitusiya Günü (12 Noyabr) teqi istifadə olunub
- Rusiya və Ukrayna razılığa gəldi? | 12 noyabr - Konstitusiya Günüdür - YENİ BİR SƏHƏR
- Müstəqil Azərbaycan Konstitusiyasının qəbulundan 31 il ötür - Baku TV
- SOCAR-ın təşkilatçılığı ilə keçirilən rəsm müsabiqəsinə yekun vurulub
- Prezident və birinci xanımdan 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım
- Bu gün Azərbaycanda Konstitusiya Günüdür
