Bu, həqiqətən də, bizim üçün böyük tarixi hadisədir | Özbəkistan Prezidenti
“Qardaş Azərbaycanın bizim Məşvərət Görüşümüzə qatılması bizim üçün böyük tarixi hadisədir. Özbək xalqı və ölkəmizdə aparılan islahatlar barədə çıxışınızdakı fikirlərə görə sizə təşəkkür edirik”.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən söyləyib.
Şavkat Mirziyoyev həmçinin Prezident İlham Əliyevin İslam sivilizasiyasına dair səsləndirdiyi məqamların xüsusi önəm daşıdığını qeyd edib:
“Bu, bizim daha da təşviq etməli olduğumuz amildir. Bu mərkəz bizim ümumi nailiyyətimizdir və düşünürəm ki, gələcəkdə müvafiq istiqamətlərdə birgə tədbirlər görməyimizə kömək olacaq”.
O, çıxışının sonunda Azərbaycan Prezidentinə təşəkkürünü ifadə edib: “Dolğun çıxışınız və ümumi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı təşəbbüslərinizə görə sizə minnətdarlığımı bildirirəm”.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub - Baku TV
- Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV
- Azərbaycan və ABŞ liderləri arasında vacib müzakirə | Telefon danışığının detalları - Baku TV CANLI
- Nikol Paşinyan və İlham Əliyev arasındakı telefon danışığının detalları
- Paşinyan Vaşinqtondakı tarixi razılaşmanın ildönümündə Prezident İlham Əliyevə zəng etdi - Baku TV
