Paşinyan Vaşinqton sammitinin ildönümündə diqqətçəkən açıqlamalar verdi - Baku TV
Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitinin Ermənistanı dalandan çıxardığını və ölkə üçün faydalı perspektivlər açdığını bildirib.
Bu barədə onun Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətində qeyd olunub.
Bununla yanaşı, o vurğulayıb ki, sülh gündəliyinin həyata keçirilməsi prosesi hələ başa çatmayıb.
"8 avqust 2025-ci ilə qədər dövlətimiz dalanda idi, avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır", – Baş nazir deyib.
Paşinyan Vaşinqton sammitinin ən mühüm nəticələrindən biri kimi "Tramp Marşrutu" layihəsini vurğulayıb. Onun sözlərinə görə, layihə ölkə və region iqtisadiyyatının əsas elementlərindən birinə çevriləcək.
"Yaxın vaxtlarda biz TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq", – deyə Paşinyan bildirib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
