Bu ölkələrin rəsmiləri Azərbaycana başsağlığı verdi | Detallar açıqlandı
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.
“Azərbaycan Hava Yolları”na aid sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralılara şəfalar arzu edirəm. Dost və qardaş ölkələr Azərbaycan və Qazaxıstana başsağlığı diləyirəm”, – deyə başsağlığında qeyd olunub.
Təyyarə qəzası ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi də Azərbaycana başsağlığı verib.
“Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması bizi çox kədərləndirdi. Bu faciəli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır günlərdə azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq”, – deyə başsağlığında deyilib.
Rumıniya Xarici İşlər Nazirliyi də AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.