Bundan sonra İran... | Zəngəzur dəhlizini zəruri edən əsas səbəblər
Zəngəzur dəhlizi təkcə beynəlxalq nəqliyyat qovşağının bir hissəsi deyil. Bu yol həm də Azərbaycanın Zəngilan rayonu ilə Naxçıvanı birləşdirəcək. Beləliklə də İran ərazisindən istifadəyə ehtiyac qalmayacaq.
Hər bir dövlətin suveren hüququdur ki, ərazisində hərəkət imkanlarından istifadə etsin. Zəngəzur dəhlizi bu imkanı yaradacaq. Bu, həm də siyasi, iqtisadi və strateji əhəmiyyət daşıyır.
Zəngəzur dəhlizinin Naxçıvan üçün iqtisadi əhəmiyyətinə gəldikdə isə bu, təkcə yüklərin daşınması deyil, eyni zamanda əhalinin rahat hərəkəti deməkdir. Ərazinin blokada şəraitində olması həm Naxçıvanın, həm də Azərbaycanın iqtisadi inkişafına mənfi təsir edir.
İqtisadçı Xalid Kərimli bildirib ki, Ermənistan Naxçıvana investisiyaların qarşısını alır: “Kiçik bir avtonom ərazidə giriş-çıxış məhdudiyyətləri var. İnvestorlar da bura investisiya yatırmaqdan çəkinirlər”.
Hər il bir neçə dəfə Naxçıvana getmək və ya gəlmək üçün təyyarələrin çatışmazlığı və ya infrastrukturu ucbatından vətəndaşlar əziyyət çəkir. Bakıda hava limanlarının infrastrukturu bir neçə reys həyata keçirməyə imkan versə də, Naxçıvanda təyyarələrin qəbulunda çətinliklər yaranır. Üstəlik, təyyarə biletləri vətəndaşlar üçün avtobus və avtobillərə nisbətdə bahadır. Ona görə də Zəngəzur dəhlizi açılarsa, gediş-gəliş daha rahat, əlverişli olacaq. Həm də müxtəlif yerli və beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi Naxçıvanın iqtisadi baxımdan güclənməsi ilə nəticələnək.