Buxarestdə əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
“Rumıniya istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir”.
Bunu Baş prokuror Kamran Əliyev rumıniyalı həmkarı Aleks Florenta ilə keçirilən görüşdə səsləndirib.
O bildirib ki, ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edərək strateji xarakter alıb.
Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, cinayətkarlığın müxtəlif formalarına, o cümlədən korrupsiyaya qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparıblar.
Nümayəndə heyətimiz həmçinin Rumıniyanın ədliyyə naziri Radu Marinesku, eləcə də Rumıniya Parlamentinin Senatının sədr müavini ilə görüşüb.
Qeyd olunub ki, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində birgə layihələrin icrası ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əyani sübutudur.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyində də olub, burada iş şəraiti ilə maraqlanıb.
#Rumıniya teqi istifadə olunub
- SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV
- Rusiya dronları Rumıniyanı hədəf aldı? - Baku TV CANLI
- Azərbaycanlı dənizçilərin olduğu gəmidə dəhşətli anlar - Baku TV CANLI
- Rumıniya sahilləri yaxınlığında azərbaycanlı dənizçi həyatını itirdi - Baku TV
- Taxıl daşıyan mülki gəmi neytral sularda hədəfə çevrildi - 24 SAAT
