Cənubi Qafqazda köklü dəyişiklik: Zəngəzur dəhlizi nələri dəyişəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit biznesinə mənfi təsir göstərməyəcək”.
Bunu Dubayda keçirilən “Xəzər Həftəsi Forumu 2023” tədbirində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
“Gürcüstandan olan dostlar narahatdırlar ki, Zəngəzur dəhlizi onların tranzit biznesinə mənfi təsir göstərəcək. Amma bu doğru deyil. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə logistik marşrutların əksəriyyəti Cənubi Qafqazdan keçəcək və bu da hamı üçün əlverişlidir”, – sabiq səfir vurğulayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi regionun əsas oyunçularının tranzit potensialını artıracaq: “Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün imkanlarla yanaşı, Naxçıvanın inkişafına da təsir göstərəcək”.
#Zəngəzur dəhlizi teqi istifadə olunub
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
- Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı sensasiyalı ehtimal! - AKTUAL GÜNDƏM
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
- "Bu, Ermənistan üçün kapitulyasiya aktı idi, çünki Ermənistan təslim oldu" | Prezident - Baku TV
