Pleyeri seçin:

Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib

07 iyun 2023 51 baxış

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.

Nazir Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesindən söz açıb, ikitərəfli danışıqların hazırkı mərhələsinə dair ölkəmizin mövqeyini səsləndirib.

Ermənistanın təcavüzü nəticəsində təxminən 30 il davam edən silahlı münaqişənin başa çatması və 2 ölkənin öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət öhdəliyi ilə sülhün astanasında olduğu bildirilib. Münaqişə sona çatdıqdan sonra Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal işin aparıldığı qeyd olunub.

Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində ikitərəfli sülh sazişi mətni üzərində danışıqlar aparıldığını bildirib. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaratdığını diqqətə çatdırıb. Ölkəmizin Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi Azərbaycanın siyasi, hüquqi, iqtisadi və sosial çərçivəsinə yenidən inteqrasiyasında qərarlı olduğu vurğulanıb.

Azərbaycan hökumətinin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin 1-ci qrupunun artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndlərinə və Azərbaycanın Laçın şəhərinə qayıtdığı barədə məlumat verilib. Ceyhun Bayramov bununla belə Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsinin əsas maneə və ciddi humanitar təhlükə olmaqda davam etdiyini diqqətə çatdırıb. 

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

İran Azərbaycandan su alacaq? | GLOBAL PANORAMA

Siyasət
19 dekabr 2025 51 baxış
Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Qanun fevralın 1-dən deyil, aprelin 1-dən qüvvəyə minə bilər

Siyasət
19 dekabr 2025 51 baxış
Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Milli Məclisin komitə sədri 15 iyul 1992-ci il tarixli qərardan danışıb

Siyasət
19 dekabr 2025 51 baxış
Millət vəkili qurumun qətnaməsini tənqid edib

Millət vəkili qurumun qətnaməsini tənqid edib

Siyasət
19 dekabr 2025 51 baxış
AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

AnewZ “Oliqarx sisteminin dizaynı”nı filmə çevirdi - Baku TV

Siyasət
19 dekabr 2025 51 baxış
Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Vladimir Putindən Avropa İttifaqına sərt xəbərdarlıq - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 51 baxış
Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Milli Məclis AP-nin Azərbaycana qarşı qətnaməsinə bəyanatla cavab verdi - Baku TV

Siyasət
19 dekabr 2025 51 baxış
Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Milli Məclisdən Avropa Parlamentinə qarşı bəyanat

Siyasət
19 dekabr 2025 51 baxış
Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI

Siyasət
19 dekabr 2025 51 baxış
Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV

Siyasət
19 dekabr 2025 51 baxış
Seçilmişlər
icon