Ceyhun Bayramov Avropaya qaz nəqli ilə bağlı nələri açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropanın enerji təhlükəsizliyində ölkəmizin artan rolu və qaz ixracı ilə bağlı strateji məqamları açıqlayıb. "Baku TV"-nin siyasət bölməsinin məlumatına görə, estoniyalı həmkarı Marqus Tsahkna ilə keçirilən birgə mətbuat konfransında nazir bildirib ki, 2025-ci ilin əvvəlindən Brüssellə münasibətlərdə yeni canlanma mərhələsi başlayıb. Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan boru kəməri ilə nəql edilən qazın həcminə görə hazırda dünya liderlərindən biridir.
Nazir qeyd edib ki, Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edir ki, onlardan 12-si Avropada yerləşir, 8-i isə birbaşa Avropa İttifaqının üzvüdür. "Baku TV"-nin videomaterialında həmçinin yaşıl enerjinin Macarıstana çatdırılması perspektivləri, Azərbaycan-Ermənistan arasında yük tranziti və regionun yeni iqtisadi mənzərəsi barədə Ceyhun Bayramovun mühüm şərhləri yer alıb. Ölkəmizin qlobal enerji bazarındakı gücü və diplomatik uğurları barədə ən dolğun məlumatlar bizim xüsusi reportajda.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- "Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
