Pleyeri seçin:
Ceyhun Bayramov Moskvadakı terrorla bağlı Lavrovla danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində yerləşən “Crocus City Hall” konsert mərkəzində çoxsaylı insan itkiləri ilə nəticələnən dəhşətli terror aktı ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib.
Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın da bu bəlanın bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.
Kopyalandı
#Ceyhun Bayramov teqi istifadə olunub
- Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV
- Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV
- Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV
- "Bu, Araz çayı üzərində ən yüksək buraxılış qabiliyyəti olan körpü olacaq" – Ceyhun Bayramov
- Ceyhun Bayramov İranla birgə layihələr barədə açıqlama verdi - Baku TV
