Ceyhun Bayramov Rusiya səfiri ilə görüşdü
İyunun 8-də xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığı və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıb, müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə yüksələn münasibətlərin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıblar.
Nazir Ceyhun Bayramov səfir Mixail Boçarnikova fəaliyyəti dövründə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə və meydana gələn məsələlərin effektiv həllinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Mixail Boçarnikov öz növbəsində Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.
Görüş zamanı həmçinin ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV
- Azərbaycan və Pakistan XİN rəhbərləri hansı məsələləri müzakirə etdi? - Baku TV
- Rəsmi Bakı Qəzza missiyasını dəyərləndirdi - Baku TV
- "Bu, Araz çayı üzərində ən yüksək buraxılış qabiliyyəti olan körpü olacaq" – Ceyhun Bayramov
- Ceyhun Bayramov İranla birgə layihələr barədə açıqlama verdi - Baku TV
