Ceyhun Bayramov Vyanada bir sıra görüşlər keçirdi - Baku TV
Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Tərəflər Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının mövcud gündəliyi və perspektivləri, ATƏT-in hazırda üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, geniş regiondakı vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə fikir mübadiləsi aparıblar.
Səfər çərcivəsində Ceyhun Bayramov NATO-nun Baş katibinin müavini Radmila Şekerinska ilə də görüşüb.
Görüş zamanı Azərbaycanla NATO arasında əməkdaşlıq gündəminə daxil olan müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər məsələlər, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzular müzakirə olunub.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Ceyhun Bayramov Marko Rubio ilə nələri müzakirə etdi? - Baku TV
- TRIPP-in Ermənistandan keçən hissəsinin Rusiyaya aidiyyəti yoxdur | Ceyhun Bayramov - Baku TV
- Azərbaycanın milli maraqları tələb edərsə... | Ceyhun Bayramovdan açıqlama - Baku TV
- Ceyhun Bayramov “Rus evi” ilə bağlı iddialara son qoydu - Baku TV
- "Avropa Siyasi Birliyinin 12-ci zirvə toplantısının Azərbaycanda keçirilməsi planlaşdırılır" | Ceyhun Bayramov
