Pleyeri seçin:

COP nədir və nəyə görə Azərbaycanda keçirilir? | Elnur Soltanov COP-la bağlı sualları cavablandırdı

08 oktyabr 2024 549 baxış

“COP29 tərəflərin 2024-cü ildə toplanması üçün Azərbaycanı seçdilər. Bizim üçün bu, böyük bir qürur mənbəyidir. Noyabr ayında Azərbaycanın liderliyində BMT ilə birgə ümid edirik ki, üzərimizə qoyulan və mandatı bizə verilən bütün sahələrdə qərarlar qəbul ediləcək”.

Bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov Baku TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu qərarlardan ən əhəmiyyətlisi iqlim maliyyəsidir:

“Çünki iqlim fəaliyyətini həyata keçirmək həddindən artıq bahalı prosesdir. Alimlər hesablayırlar ki, bunun maliyyəti təqribən 5-12 trilyon dollar arasındadır. Ortalama götürsək, bu, 8-9 trilyon dollar deməkdir. Ümumilikdə bu gün dünya iqtisadiyyatının ölçüsü 100 trilyon dollardır.

Daha əhəmiyyətli məqam burada inkişafda olan ölkələrə lazım maliyyədir. İnkişaf etmiş ölkələr iqlim maliyyəsini öz büdcələri hesabına həyata keçirirlər. Amma inkişafda etməkdə olan ölkələr təqribən illik 2,4 trilyon dollara ehtiyac duyurlar və onlar bu vəsaitə sahib deyillər.

Builki konfransın məqsədi ondan ibarətdir ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 100 milyardlarla vəsaitin təminatında dəstək olsunlar. Bu məsələnin həllinin bizə tapşırılmış olması bizim üçün qürur mənbəyidir. Əminik ki, tərəflərə bu sahədə qərar vermələri üçün lazım olan bütün şəraiti yaradacağıq”.

E.Soltanov qeyd edib ki, iqlim mövzusunda qarşı-qarşıya gəldiyimiz problem miqyas etibarilə insan növünün və ya irqinin qarşılaşdığı heç bir problemlə müqayisə edilə bilməz:

“Taleyüklü və dünyanın xilası mövzusunda olan bu məsələ Azərbaycana həvalə edilib. Azərbaycanın COP29-un ev sahibi seçilməsi heç bir şəkildə təsadüfi deyil. Püşk bizə çıxmadı, ölkəmiz bunu bu günə qədərki ağıllı, dəqiq hesablanmış fəaliyyəti nəticəsində əldə etdi”.

Kopyalandı
Banner
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 549 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 549 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 549 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 549 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 549 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 549 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 549 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 549 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 549 baxış
Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
30 oktyabr 2026 549 baxış
Seçilmişlər
icon