Pleyeri seçin:

COP29-un 11-ci günü BMT-nin Baş katibi çıxış etdi | Tədbirin ən uğurlu günü - COP BAKU

21 noyabr 2024 442 baxış

Baku TV “COP-BAKU” layihəsi çərçivəsində COP29-un on birinci günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, 21 noyabr tarixində sudan səmərəli istifadə edilməsi, Paris Sazişinə əsasən, meşələrin mühafizəsi və səhralaşmaya qarşı mübarizə mövzuları müzakirə olunub.

COP29 çərçivəsində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş razılaşma üçün niyyət hiss etdiyini və artıq uyğunlaşma sahələrinin müəyyən olunduğunu açıqlayıb.

Baş katib bildirib ki, Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə edilməlidir.

“Bütün razılaşdırılmamış məsələlərlə bağlı ambisiyalı və balanslaşdırılmış paket təqdim etmək məqsədilə son mərhələyə çatması üçün böyük təkan lazımdır. Uğursuzluq bir seçim deyil. Keçən həftə çoxtərəfli inkişaf bankları aşağı və orta gəlirli ölkələr üçün iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli vəsait elan etdilər. Bu, 2030-cu ilə qədər ildə 120 milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordan səfərbər ediləcək”, – deyə Antonio Quterreş diqqətə çatdırıb.

COP29-un Baş icraçı direktoru Elnur Soltanov isə tədbirin on birinci günündə qlobal müzakirələrin hansı mərhələdə olması haqqında “COP-BAKU” verilişinə danışıb.

Onun sözlərinə görə, Paris Sazişinin 6-cı maddəsi ilə bağlı razılıqların əldə olunması tədbirin ən önəmli uğurudur.

“Bu gedişlə düşünürük ki, 2025-ci ildə artıq karbon bazarları məsələsi fəaliyyətə keçə bilər. Bu da hələlik ortaya qoyulan ən ciddi mövzudur. Həmçinin bu məsələyə iqlim maliyyəsinin tərkib hissəsi kimi də baxılır. Karbon bazarlarından əldə edilən gəlirlərin bir hissəsi də məhz adaptasiya prosesləri üçün xərclənəcək”, – deyə E.Soltanov bildirib.

Banner
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 442 baxış
Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Çar dövründə qeydə alınan kəndin tarixində hansı izlər qalıb? - Baku TV

Siyasət
31 oktyabr 2026 442 baxış
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib - Baku TV

Siyasət
30 oktyabr 2026 442 baxış
Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Ermənistanda Azərbaycan izləri: Unudulan kəndin hekayəsi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
30 oktyabr 2026 442 baxış
Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV

Siyasət
30 oktyabr 2026 442 baxış
Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV

Siyasət
30 oktyabr 2026 442 baxış
"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

"Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında

Siyasət
30 oktyabr 2026 442 baxış
Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV

Siyasət
30 oktyabr 2026 442 baxış
Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü ilə bağlı detallar - Baku TV

Siyasət
30 oktyabr 2026 442 baxış
Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Yaxın Şərqdə böyük diplomatik hərəkətlilik: hansı gizli razılaşmalar hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
30 oktyabr 2026 442 baxış
Seçilmişlər
icon