Davosda İlham Əliyev və İsxak Hersoq bir araya gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Prezidenti İsxak Hersoq ilə görüşüb. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.
İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.
Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib - Baku TV
- Prezident İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb - Baku TV
- Prezident və birinci xanım COP31-in Liderlər Sammitində iştirak etdilər - Baku TV
- Türkiyədə COP31 keçirilir | Liderlər Sammitinin iştirakçıları birgə foto çəkdirdilər - Baku TV
- Rəcəb Tayyib Ərdoğan və Antonio Quterreş İlham Əliyevi qarşıladı - Baku TV
