Dəyişdirilən ad, silinməyən tarix: Heydərli kəndindəki məzar daşları nəyi üzə çıxarır?
Yeniliklərdən dərhal xəbərdar olun
XIX əsrə və XX əsrin ilk üçdəbirinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”.
Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər” adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunacaq.
Adları:
Çar dövründə – Xaydarli, Qaydarli, Qeydarlı, Qendarlı
Sovet dövründə – Aydarli, Xaydarli
Kənd ən azı əsr yarım ərzində Heydərli adlanıb. 2021-ci ilin sentyabrında Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Tsağkots qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr “Gürcü xalqına” manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd
- Bir vaxtlar yüzlərlə azərbaycanlının yaşadığı Oxçuoğlunun izlərini necə yox etdilər?
- Bir kənd üçün üç fərqli ad | Tarixi izləri itirmək üçün atılan addım - Baku TV
- Ermənistanın bu ərazisində azərbaycanlılara aid məzarlar üzə çıxdı - Baku TV
- Onlarla məzar daşı, XIX əsrə aid yazılar və unudulmayan tarix: Molla Eyyublunun silinən keçmişi
