Prezident Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbasa təbrik məktubu ünvanlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Fələstin Dövlətinin milli bayramı münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.
Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.
Fürsətdən istifadə edərək sizi ad gününüz münasibətilə də təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Fələstin xalqının əmin-amanlığı və rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücum | Təxribatın arxasında kimlər durur? - Baku TV
- Milli radio və televiziyanın yubileyi | Prezident teleradionun cəmiyyətdəki rolunu qeyd etdi
- Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri | Bakı-London əməkdaşlığı
- Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər
- Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar - Baku TV
