Pleyeri seçin:
Diplomatik korpus nümayəndələri Qarabağ Universitetində oldular
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri Xankəndiyə səfər edib.
Səfər diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanış etmək məqsədi daşıyır.
Qonaqlar artıq Xankəndi şəhərində Qarabağ Universitetinə çatıblar. Onlar təhsil müəssisəsində yaradılan şəraitlə tanış olublar. Universitetin rektoru Şahin Bayramov diplomatlara məlumat verib.
Səfər çərçivəsində qonaqlar həmçinin Xankəndi şəhərinin mərkəzini, Şuşa şəhərində Qarabağ küçəsini, Aşağı Gövhər Ağa məscidini və Şuşada birinci yaşayış kompleksini ziyarət edəcəklər.
Kopyalandı
