Diqqət! | Simonyandan Putin, Paşinyan və sərhədlərlə bağlı suallara cavab
“Ermənistanda hakimiyyət dəyişikliyi olmayacaq”.
Bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Bildirib ki, ölkədə yeni hökumət yalnız 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə mümkündür.
Azərbaycanla delimitasiya prosesindən də danışan A.Simonyan onu da deyib ki, ölkəsi sözügedən prosesdə Azərbaycana birtərəfli güzəştə getmir. Rəsmi İrəvan sadəcə olaraq öz sərhədini müəyyənləşdirir. Onun sözlərinə görə, bu da sona qədər davam etdiriləcək.
Hökumət rəhbərinin Moskvaya gedib-getməyəcəyi ilə bağlı jurnalistin sualını da cavablandıran spiker deyib ki, Nikol Paşinyan mayın 7-də Rusiya lideri Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
A.Simonyan açıqlamalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində keçiriləcək görüşünə də toxunub. Bildirib ki, iki ölkə arasında sülh sazişinin bağlanması prosesi çox tezliklə başa çatmalıdır.