Dövlət Departamentinin rəsmisi Əhməd Şahidovun sualını belə cavablandırdı
“Dünya Prezident Donald Trampı ciddi qəbul edir. Bu razılaşma ABŞ Prezidenti üçün çox vacibdir”.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə Vaşinqtonda yaşayan jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidovun Rusiya və İran tərəfindən səsləndirilən təhdidlər, o cümlədən “Tramp Marşrutunun” qarşısının alınacağına dair Tehrandan səslənən bəyanatlarla bağlı sualını cavablandırarkən belə deyib.
“Azərbaycan və Ermənistan liderləri Ağ Evdə idilər. Bu sülh Vaşinqton üçün də, dünya üçün də əhəmiyyətlidir. Azərbaycan və Ermənistan onilliklərdir münaqişə içindədir, 35 ildən çoxdur davam edən qarşıdurmada saysız-hesabsız itkilər olub. Avropalılar, fransızlar, Putin və hətta Bayden də dəfələrlə cəhdlər edib, amma yalnız Prezident Donald Tramp bu iki ölkəni tarixi sülh razılaşmasına gətirə bildi. Dünyaya məlumdur ki, Prezident Tramp uzunmüddətli sülhə sadiqdir və lazım gələrsə sülhü qorumaq üçün ABŞ Prezidenti öz imkanlarından istifadə edəcək”, – deyə o bildirib.
#ABŞ teqi istifadə olunub
- ABŞ və Çin liderlərinin görüşü iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- ABŞ-nin Arktikadakı yeni hərbi planı regional balansı necə dəyişəcək? - Baku TV CANLI
