Pleyeri seçin:

Əgər sülh istəsəydilər... | Deputat Qərbin ikiüzlülüyünü ifşa etdi

25 iyun 2024 444 baxış

“Artıq neçənci dəfədir ki, Birləşmiş Ştatların hər hansı yüksək vəzifəli məmuru ilə ünsiyyətdən dərhal sonra Ermənistan rəsmiləri hətta konkret vaxt göstərməklə Azərbaycanla sülhdən dəm vururlar.

ABŞ dövlət katibinin müavini Riçard Verma ötən həftə İrəvanı tərk edər-etməz eyni vəziyyət yenə də təkrarlandı. Ermənistan rəsmilərinə belə açıqlamalar verdirib “sülh göyərçini” kimi təqdim etməyə çalışanların məqsədi heç də bu regionda qarşıdurmaya son qoymaq deyil”.

Deputat Sahib Alıyev bu sözləri parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, E.Blinkenin İlham Əliyevə növbəti telefon zəngindən də göründüyü kimi, Co Bayden administrasiyasına noyabrda keçiriləcək seçki öncəsi Azərbaycanla Ermənistan arasında tez-tələsik hər hansı bir çərçivə anlaşması lazımdır:

“Amma elə bir anlaşma ki, düşmənçiliyi aradan qaldırmasın. Əgər Birləşmiş Ştatlar bu regionda davamlı və dayanıqlı sülhdə maraqlı olsaydı, onda Riçard Verma hayları Azərbaycan Prezidentinin ABŞ dövlət katibi ilə telefon danışığında da səsləndirdiyi beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə dayanan tələbini yerinə yetirib, konstitusiyalarını dəyişdirməyə çağırardı, onları silahlandırıb revanşizmə həvəsləndirən ölkələrin səfirləri ilə İrəvanda özünün də qeyd etdiyi kimi, “isti və məhsuldar” görüş keçirməzdi”.

Deputatın sözlərinə görə, belə bir təsəvvür formalaşdırmağa çalışırlar ki, Qərbdəkilərin Ermənistana hərtərəfli dəstəkləri guya Rusiyanı regiondan vurub çıxarmaq niyyətləri ilə bağlıdır:

“Açığı, mən fikirləşmirəm ki, onlar bunu indi real sayacaq qədər sadəlövhdürlər. Əslində, heç Ermənistanın Rusiyaya forpostluğu dayandırmasını da istəmirlər.

İstəkləri odur ki, Kreml bu regionda ötən əsrin 90-cı illərində yeritdiyi siyasəti yeritsin. Yəni yenə də Pskov hava desantı diviziyası gəlib Ermənistandakıların yerinə, yaxud da onlarla birgə vuruşsun.

Həmin diviziya 1992-ci ildə Sərsəng su anbarını ələ keçirib haylara təhvil verərkən Qərbdəkilərdən hər hansı biri buna qarşı çıxdımı? Yox! Amma Rusiya hərbi kontingentinin bu il Qarabağı tərk etməsinə Dövlət Departamentinin təəssüf dolu yanaşmasını yaxşı xatırlayırıq, deyilmi?”.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 444 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 444 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 444 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 444 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 444 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 444 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 444 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 444 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 444 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 444 baxış
Seçilmişlər
icon