Əli Əsədov Çin nümayəndə heyəti ilə görüşdü | Nələr müzakirə olundu?
Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirməsindən məmnunluq ifadə olunub.
Ötən il dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı bildirilib.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Baş nazir Əli Əsədov Orta dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyətindən danışaraq, Zəngəzur dəhlizinin açılmasının Orta dəhlizin inkişafına təkan verəcəyini bildirib.
#Əli Əsədov teqi istifadə olunub
- Əli Əsədovun Türkmənistan səfərinin önəmi | Mərkəzi Asiyanın neytral nöqtəsində vacib toplantı
- Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
- Türkmənistanda "Beynəlxalq Sülh və Etimad Forumu" keçirilib - Baku TV
- Azərbaycan-Türkmənistan münasibətləri | Əli Əsədovdan mühüm açıqlamalar - Baku TV
- Əli Əsədovdan Beynəlxalq Sülh və Etimad Forumunda vacib açıqlamalar - Baku TV
