Pleyeri seçin:
Ərdoğan "Azərbaycan məhəlləsi" ilə bağlı paylaşım etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi" barədə paylaşım edib.
Rəcəb Tayyib Ərdoğan "X" hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib.
Türkiyə Prezidenti qeyd edib ki, məhəllədə 49056 iş və yaşayış yeri inşa olunub. Bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirib, 100 mindən çox adam isə müxtəlif bədən xəsarətləri alıb. Fəlakət zamanı ümumilikdə 38 901 bina dağılıb.
Kopyalandı
