Pleyeri seçin:

Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi

17 dekabr 2025 668 baxış

“Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanla sülh sazişinin imzalanmasından sonra mümkün olacaq”.

Erməni politoloq Suren Surenyants Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamasını belə şərh edib.

Prezident Ərdoğan dünən Türkiyənin Azərbaycanla koordinasiyalı və dialoq yolu ilə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini davam etdirdiyini bildirib.

Türkiyə liderinin sözlərinə görə, illərdir sabit sülhdən məhrum olan Cənubi Qafqaz hazırda tarixi bir mərhələ ilə üz-üzədir.

Rəcəb Tayyib Ərdoğan Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalamağa indiyə qədər olduğundan daha yaxın olduqlarını vurğulayaraq, bu prosesə paralel olaraq, Türkiyənin də Ermənistanla münasibətlərin normallaşdırılması üçün addımlar atdığını bəyan edib: “Allahın köməyi ilə gələn ilin əvvəlində bəzi simvolik addımları həyata keçirmək mümkün olacaq”.

Suren Surenyants Türkiyə Prezidentinin açıqlamasını belə şərh edib: “Bu sözlər bizə bir neçə vacib nəticə çıxarmağa imkan verir. İlk növbədə, Türkiyə Ermənistan-Türkiyə münasibətlərinə ayrı bir gündəm kimi deyil, Ermənistan-Azərbaycan prosesindən irəli gələn bir istiqamət kimi baxır. Başqa sözlə, Ankara İrəvanla münasibətlərin normallaşmasını yalnız Ermənistan və Azərbaycan arasında Bakının təklif etdiyi model əsasında sülh sazişinin imzalanması ilə şərtləndirir”.

Prezident Ərdoğanın Ermənistanla sərhədlərin açılması yönündə atıla biləcək mümkün simvolik addımlar barədə açıqlamasına gəlincə, erməni politoloq qeyd edib ki, burada söhbət üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması, birbaşa uçuşlar, dəmir yolunun bərpası və ya digər kiçik addımlar ola bilər.

“Amma məsələlər bununla bitmir, Ərdoğan həm də konkret faydalarla, məsələn, Zəngəzur dəhlizinin açılması ilə maraqlanır”, – deyə S.Surenyants əlavə edib.


Banner
Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Bir Qələbə, milyonlarla qürur və unudulmayan qəhrəmanlıq - Baku TV CANLI

Siyasət
07 noyabr 2026 668 baxış
Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Qarabağa səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 668 baxış
İrəvanın yeni təhlükəsizlik axtarışı

İrəvanın yeni təhlükəsizlik axtarışı

Siyasət
07 noyabr 2026 668 baxış
Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı

Siyasət
07 noyabr 2026 668 baxış
Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsinə dair kadrlar paylaşılıb - Baku TV

Siyasət
07 noyabr 2026 668 baxış
Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV

Siyasət
07 noyabr 2026 668 baxış
Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular

Siyasət
07 noyabr 2026 668 baxış
İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

İlham Əliyev Ağdam Zeytun müəssisəsinin fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
07 noyabr 2026 668 baxış
Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV

Siyasət
07 noyabr 2026 668 baxış
Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Prezident Ağdam Sənaye Parkında | Yeni müəssisənin açılışı baş tutdu - Baku TV

Siyasət
07 noyabr 2026 668 baxış
Seçilmişlər
icon