Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları Haqqıxlı (indiki Hovk) azərbaycanlı kəndinin tarixi.
Adları:
çar dövründə – Axkilı, Axkixlı
sovet dövründə – Axkxlu, Axkıxlu, Axkixlu, Vurğun
Kənd ən azı bir əsr ərzində Haqqıxlı adını daşıyıb, 1978-ci ilin yanvarında Azərbaycan şairi Səməd Vurğunun şərəfinə Vurğun adlandırılıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Hovk qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Tavuş vilayətinin tərkibindədir.
Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Qazax qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1911-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən azərbaycanlıların əcdadları yaşayıblar.
#Haqqıxlı kəndi teqi istifadə olunub
