Ərdoğan TDT-nin Şuşa sammitinə qatılmayacaq | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 6-da Azərbaycana planlaşdırılan səfəri ləğv edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, R.T.Ərdoğan milli futbol komandasına dəstək olmaq məqsədilə Almaniyaya gedəcək.
Türkiyə Prezidentinin bu qərarı verməsinə səbəb isə UEFA-nın futbolçu Merih Demiralın Türkiyə – Avstriya matçında "Bozqurd" işarəsini göstərməsi ilə bağlı başlatdığı araşdırmalar olub.
"Prezident milliyə dəstək olmaq və onların yanında olduğunu göstərmək üçün iyulun 6-da Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının liderlərinin qeyri-rəsmi görüşündə iştirakını ləğv edərək Almaniyaya getməyə qərar verib. R.T.Ərdoğan Türkiyə – Niderland matçını stadiondan izləyəcək", – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, iyulun 6-da Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti keçiriləcək.
#Türkiyə teqi istifadə olunub
- Səhm əməliyyatlarında qanun pozuntusu şübhəsi ilə istintaq başladılıb
- Müəllimlərin də öldürüldüyü hadisə barədə şok təfərrüat | Türkiyədə qanlı hücum - Baku TV CANLI
- Türkiyədə dəhşətli hadisə | Üç kəndə silahlı hücum - Baku TV
- Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV
- Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI
