Erməni sakinlər Azərbaycandan nə istəyir?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hökumətinin xüsusi nümayəndəsinin erməni sakinlərin təmsilçiləri ilə artıq çoxdan gecikmiş görüşü bu gün Azərbaycanın Yevlax şəhərində baş tutdu. Görüşdə yerli erməni sakinlər üçün dialoq məqsədilə Azərbaycan Hökuməti tərəfindən təyin edilmiş xüsusi nümayəndə Hökumətin reinteqrasiya ilə bağlı planlarının xülasəsini təqdim edib və infrastrukturların bərpası və işləməsi ilə bağlı məsələlər müzakirə olunub.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının çıxışı zamanı məlumat verib.
Nazirin verdiyi məlumata əsasən, sosial və humanitar məsələlərin müzakirəsi kontekstində və erməni sakinlərin müraciəti əsasında uşaq bağçaları və məktəblər, xəstəxanalar və digər fövqəladə xidmətlər sahəsində sosial obyektlərin çalışması üçün yanacağın çatdırılması, eləcə də digər humanitar dəstək tədbirlərinin görülməsi məsələlərinin tezliklə aidiyyəti mərkəzi Hökumət institutları tərəfindən icra olunması gözlənilir:
“Belə bir dialoq Azərbaycanın suveren ərazisində ağır silahlanmış qanunsuz hərbi mövcudiyyətə arxalanan erməni tərəfinin əngəlləri səbəbindən mümkün olmamışdı”.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- "Azərbaycanın mövqeyi aydındır" | Ceyhun Bayramov TDT-nin Dövlət Başçıları Şurasının 13-cü iclasında
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
- Prezident Bakıda FIFA U-15 finalçılarını mükafatlandıracaq - Baku TV
